İsrailin Moskvadakı səfiri Aleksandr Ben Zviyə məlumat verilib ki, İsrail rəsmi nümayəndələrinin Rusiya əleyhinə bəyanatları qəbuledilməzdir.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlayıb.
"İsrailin rəsmi nümayəndələrinin Rusiya ilə bağlı səsləndirdiyi bəyanatlara gəlincə, bu, qəbuledilməzdir və bu barədə İsrailin Moskvadakı səfiri məlumatlandırılıb", - deyə diplomat bildirib.
Bundan əvvəl İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan müsahibəsində Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzinin İsrailə insan haqları və beynəlxalq hüquqla bağlı açıqlamalarını gülünc adlandırıb və digər sərt bəyanatlar verib.
Ağarza Elçinoğlu