Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və “AzerGold” QSC-nin dəstəyi ilə Vətən müharibəsində qazanılmış şanlı Qələbənin üçüncü ildönümünə həsr olunmuş “Zəfər Kuboku” idman dırmanması turniri keçirilib.

"Unikal" xəbər verir ki, Ağ şəhərdə yerləşən İdman Dırmanma Kompleksində keçirilən turnirdə uşaqlar, yeniyetmələr və gənclər üç yaş kateqoriyası və çətinlik növü üzrə mübarizə aparıblar.

 Gərgin, maraqlı və aktiv rəqabət şəraitində keçən idman dırmanması yarışının yekununda hər yaş kateqoriyasına uyğun olaraq ilk 3 yerin qalibi diplom və medallarla mükafatlandırılıb.

Yarışın keçirilməsində məqsəd Azərbaycanda idman dırmanmasını inkişaf etdirmək,  uşaq, yeniyetmə və gəncləri  bu idman növü ilə məşğul olmağa həvəsləndirmək, onların yarış texnikalarının təkmilləşməsinə kömək etmək və gələcəkdə beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edə biləcək idmançılar yetişdirməkdir.