Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin noyabrın 9-da rəsmi səfərlə Qazaxıstana gedəcək.
"Unikal" bildirir ki, bu barədə Kremlin mətbuat xidməti açıqlayıb.
"Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə danışıqlar zamanı Rusiya-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının əsas məsələləri, Avrasiya inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyət perspektivləri, eləcə də aktual regional və beynəlxalq problemlər müzakirə olunacaq", - məlumatda deyilir.
Bundan əlavə, Putin və Tokayev Kostanayda keçiriləcək Rusiya və Qazaxıstanın 19-cu Regionlararası Əməkdaşlıq Forumunun videokonfrans vasitəsilə plenar iclasında iştirak edəcəklər.
"Səfər nəticəsində bir sıra mühüm birgə sənədlərin imzalanması gözlənilir, prezidentlər həmçinin KİV-ə açıqlamalar verəcəklər", - Kremlin bəyanatında deyilir.
Ağarza Elçinoğlu