Şimali Koreyadan qaçmağa çalışan 5 nəfərin ölkənin Çinlə sərhədindəki ərazidə minaya düşüblər.
"Unikal" xəbər verir ki, bu barədə "Daily NK" nəşri məlumat yayıb.
Bildirilir ki, hadisə oktyabr ayında baş verib. Məlumata görə, Şimali Hamgyong əyalətinin Musan bölgəsi yaxınlığında 5 nəfərin ölkə sərhədindən Çinə qaçmağa çalışıb.
Xəbərdə qaçmağa çalışanların sərhədə yaxın ərazidə minalara basdığı, lakin sözügedən şəxslərin taleyi ilə bağlı məlumat verilmədiyi bildirilib.