Tbilisidə Gürcüstan vətəndaşı Tamaz Qinturinin Kirbəli kəndində rus hərbçiləri tərəfindən öldürülməsindən sonra “Qanlı işğala yox!” adlı etiraz aksiyası keçirilib.
"Unikal" xəbər verir ki, bu barədə “Qruziya Online” məlumat yayıb.
Bildirilir ki, onlarla insan afişalarla ölkə parlamentinin həyətinə yığışıb. Sosial şəbəkələrdəki çağırış səbəbindən insanların kortəbii şəkildə toplaşdığı qeyd edilir.
Plakatlarda “Rusiya terrorçu dövlətdir”, “Rusiya qatildir”, “Rusiya işğalçıdır” və “Utanclı həyatdan şanlı ölüm yaxşıdır” sözləri yazılıb.
Seymur Əli