Rusiyanın Saxalin vilayətində Honq-Konq qripinə ilk yoluxma qeydə alınıb.
"Unikal" bildirir ki, bu barədə Rospotrebnadzorun regional saytında qeyd olunub.
"2023-cü ilin 44-cü həftəsinin nəticələrinə əsasən, 2248 kəskin respirator virus infeksiyası, o cümlədən etioloji cəhətdən A virusu (H3N2) ilə əlaqəli 1 qrip qeydə alınıb", - məlumatda deyilir. Bundan əvvəl Amur bölgəsində üç Honq-Konq qripi halı qeydə alınıb.
Virus infeksiyanın sürətli və kəskin inkişafı ilə xarakterizə olunur, uzun müddət davam edir və tez-tez simptomatik müalicə tələb olunur.
Ağarza Elçinoğlu