Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Turizm könüllüləri” təşkilatı tərəfindən təşkil edilən görüş səmərəli olub. Adıçəkilən qurumun icraçı direktoru Ramina Salayeva təqdimat-çıxışında təşkilatın prioritet vəzifələrindən ətraflı bəhs edib.

"Unikal" xəbər verir ki, “Turizm könüllüləri” təşkilatını üzv gənclərin fəaliyyətini əlaqələndirən, könüllülərin milli və beynəlxalq səviyyədə təcrübə qazanmalarına şərait yaradan, o cümlədən peşəkar turizm mütəxəssislərinin yetişdirilməsini hədəfləyən gənclər platforması kimi dəyərləndirib.

Tədbir tələbələrin çoxsaylı suallarının cavablandırılması və xatirə şəklin çəkilməsi ilə başa çatıb.