İsrailin nüvə silahı barədə açıqlaması bu silahların ölkənin arsenalında olub-olmaması da daxil olmaqla bir çox sual doğurub. 

"Unikal" bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. 

"Bu, çoxlu suallar doğurdu. Bir nömrəli sual - belə çıxır ki, biz nüvə silahının olması ilə bağlı rəsmi açıqlamalar eşidirik? Hər kəsi maraqlandıran suallar: beynəlxalq təşkilatlar hanı, MAQATE hanı, müfəttişlər hanı?", - Zaxarova deyib.

Bundan əvvəl Qüds işləri və irs naziri Amichai Eliyahu Qəzzaya atom bombasının atılmasını münaqişənin tez başa çatması üçün yollardan biri hesab edib. 

Ağarza Elçinoğlu