Azərbaycandan qazın alınmasına dair müqavilə Belqradın enerji təhlükəsizliyini təmin etməyə kömək edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə bildirib.

Vuçiç görüşdə bildirib ki, Bolqarıstanla qaz kəmərinin tikintisi ilə Serbiya Cənub Qaz Dəhlizinin bir hissəsinə çevrilir.

Vuçiç həmçinin ümid edib ki, Azərbaycan prezidenti İlham Əliyev Serbiya-Bolqarıstan qaz birləşdirici kəmərinin (İBS) tikintisinin başa çatmasını qeyd etmək üçün Serbiyaya səfər edəcək. Bu münasibətlə Serbiya və Azərbaycan Strateji Tərəfdaşlıq Şurasının da görüşü keçiriləcək.

Ağarza Elçinoğlu