Polşa ordusu mindən çox Britaniya CAMM zenit raketi və 100-dən çox buraxılış qurğusu alır.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin milli müdafiə naziri Mariuş Blaşçak bildirib.
"Polşa Silah Qrupu və MBDA konserni Narew proqramı üzrə saziş imzalayıb, bunun nəticəsində Polşa müdafiə sənayesi Polşa Silahlı Qüvvələrini 1000-dən çox CAMM ER raketi və 100-dən çox buraxılış qurğusu ilə təmin edəcək", - nazir sosial şəbəkədə bildirib.
Dziś @PGZ_pl i #MBDA zawarły kolejną umowę przemysłową w programie Narew, w wyniku której polski przemysł obronny dostarczy Siłom Zbrojnym RP ponad 1000 rakiet CAMM ER oraz ponad 100 wyrzutni. Jej wartość przekracza 4 mld funtów (ok. 20 mld złotych). Umowa obejmuje również… pic.twitter.com/lnsPWL3GS1
— Mariusz Błaszczak (@mblaszczak) November 7, 2023