İsrailin müdafiə naziri Yoav Qallant Qəzzanın şəhər mərkəzinə daxil olduqlarını açıqlayıb.
"Unikal" xəbər verir ki, girovlar azad edilənə və HƏMAS məğlub olana qədər mübarizəni davam etdirəcəklərini bildirən israilli nazir Qəzzada olan fələstinliləri bir daha “cənuba getməyə” çağırıb. İsrailin müdafiə naziri Yoav Qallant mətbuata açıqlamasında İsrail Müdafiə Qüvvələrinin HƏMAS-ın qalası olan Qəzzanın mərkəzinə daxil olduğunu açıqlayıb və "Həmas lideri Yəhya Sinvar Qəzzada sığınacaqda sıxışıb" deyib. Girovlar azad edilmədən humanitar atəşkəsin olmayacağını bildirən Qallant, "Bizə təzyiqlər artacaq, lakin girovlar qayıdana və HƏMAS məğlub olana qədər mübarizəmiz davam edəcək" deyib. Müharibədən sonra Həmas və ya İsrailin Qəzzanı idarə etməyəcəyini bildirən Qallant bir daha fələstinliləri “öz təhlükəsizlikləri üçün cənuba getməyə” çağırıb. Livandakı Hizbullahdan indiyə qədər 70 nəfərin öldürüldüyünü ifadə edən Qallant, "Hizbullah ilə döyüşmək niyyətimiz yoxdur" deyə o, bildirib.