Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Skopyedə keçiriləcək iclasında iştirak etmək üçün icazə istəyib.
"Unikal" xəbər verir ki, Şimali Makedoniya Xarici İşlər Nazirliyinin rəhbəri Buyar Osmani ölkəsinin Rusiya nümayəndə heyətinin təyyarəsini qəbul edə bilməyəcəyinə aydınlıq gətirib.
Belə ki, Avropa İttifaqının üzvü olmayan, lakin Moskvaya qarşı sanksiyalara qoşulan Şimali Makedoniyanın hava məkanı Rusiya təyyarələri üçün bağlıdır.