Türkiyə parlamenti Coca-Cola və Nestle məhsullarının satışını qadağan edib.
"Unikal" xəbər verir ki, Türkiyə parlamenti İsrailə etiraz əlaməti olaraq parlamentin yurisdiksiyasındakı obyektlərdə Coca-Cola və Nestle məhsullarının satışını qadağan edib.
"Parlamentin sədri Numan Kurtulmuşun əmri ilə İsrailin Qəzzadakı əməliyyatlarına dəstək verən şirkətlərin məhsulları parlamentin ərazisində yerləşən restoran, kafe və çayxanalarda və əlaqədar obyektlərdə satılmayacaq", - məlumatda deyilir.