Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi Təl-Əvivin Qəzzaya hücumunu doğru görmədiyini bildirərək, ABŞ prezidenti Co Bayden və İsrail Baş naziri Benyamin Netanyahunun hər mövzuda razılığa gəlmək məcburiyyətində olmadığını deyib.
"Unikal" xəbər verir ki, mətbuat konfransı keçirən Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi ilk olaraq Qəzzanı tərk edən ABŞ vətəndaşları ilə bağlı məlumat verib .
400 ABŞ vətəndaşının bölgəni tərk etdiyi məlum olsa da, Kirbi, "Bu gün daha çox insanın Rəfah Sərhəd Qapısı vasitəsilə Qəzzanı tərk etməsini gözləyirik" deyə bildirib.
HƏMAS-ın Qəzzada idarəetmə tənliyinin bir parçası olmayacağını ifadə edən Kirbi, "İsrail qüvvələrinin Qəzzanı yenidən işğal etməsinin düzgün olmadığını" - söyləyib.
Kirbi əlavə edib ki, “Həmas İsrail xalqına qarşı soyqırım etmək niyyətindədir”.
Vaşinqton və Tel-Əvivin dost olduğunu vurğulayan Kirbi, "Binyamin Netanyahu və Co Bayden hər mövzuda eyni yerdə dayanmırlar" deyə qeyd edib.