Mingəçevirdə gecə saatlarında yaşayış massivinə bitişik ərazidəki qamışlıq sahədə yanğın olub.

"Unikal"ın məlumatına görə, Nəsimi küçəsi həndəvərində bir neçə hektar sahəni əhatə edən yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürmə briqadaları cəlb olunub.

Yanğınsöndürənlər ilkin məlumata görə  alovu, lokallaşdıraraq  yaşayış sahəsinə keçməsinə imkan verməyib.

Yanğınsöndürmə prosesi davam edir.

Ehtiram Muradov