HƏMAS-ın Qəzza zolağındakı lideri Yəhya Sinvar bunkerdə mühasirəyə alınıb.
"Unikal" xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.
"Sinvar dünyadan təcrid olunub və hətta yaraqlılarla əlaqə saxlaya bilmir. Bunkerində gizlənir və ortaqları ilə əlaqəsi yoxdur”, - deyə nazir açıqlayıb.
O, həmçinin bildirib ki, Qəzza zolağı insanın yaratdığı ən böyük terror bazasıdır: "Müharibədən sonra İsrail Qəzzanı HƏMAS kimi idarə etməyəcək".