Paris Kiyevə fransız silahlarını almağa davam etmək üçün Ukraynaya dəstək fonduna daha 200 milyon avro ayıracaq.
"Unikal" "France-Presse"yə istinadən xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirib.
O, ölkə parlamentinin deputatları qarşısında çıxışında deyib ki, onlar komitə daxilində Ukraynaya dəstək fondu üçün yeni 200 milyon avro ayrılmasına imkan verən düzəlişi təsdiqləyiblər.
Nazirin sözlərinə görə, Fransa hökuməti bu məbləğdə kredit ayıracaq və bu, Ukrayna ordusuna Fransa silah və sursatlarını almağa imkan verəcək.
Ağarza Elçinoğlu