Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində səkkizmərtəbəli yaşayış binasının xarici divarına bərkidilən dəmir parçasının asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində asılı vəziyyətdə qalan dəmir parçası müvafiq qaydada götürülərək təhlükə aradan qaldırılıb.