Ermənistanın baş naziri Nikol Paşinyan Paris Sülh Forumunda iştirak edəcək. Forum noyabrın 10 və 11-də baş tutacaq.

"Unikal" xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb. 

Nəşr vurğulayır ki,  artıq Paşinyan və həyat yoldaşı Anna Akopyan Fransaya işgüzar səfərə gediblər.

Bildirilir ki,  Paşinyan forum çərçivəsində Fransa prezidenti Emmanuel Makronla görüşəcək. Tədbirdə çıxış edənlər arasında  Avropa Şurasının prezidenti Şarl Mişel və başqaları var.