Cənubi Koreyanın Kyonqsan əyalətində Kənd Təsərrüfatı Kompleksi adlanan qida obyektində robot sınaq zamanı 40 yaşlarında bir şəxsi ağır yaralayıb və onun ölümünə səbəb olub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, mərhum şirkətin işçisi olub. Bildirilir ki, robot sınaq zamanı proqramlaşdırdığı bibər qutularını daşıyarkən işçinin üzərindən keçib. Hadisə zamanı ağır xəsarət alan şirkət əməkdaşının aparıldığı xəstəxanada dünyasını dəyişib. 

Hadisə ilə bağlı polis araşdırmalara başlayıb.