Fələstin prezidenti Mahmud Abbasın Moskvaya rəsmi səfəri qeyri-müəyyən müddətə təxirə salınıb.

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib. 

Peskov jurnalistlərin suallarını cavablandırarkən, “Abbasın səfəri təxirə düşüb. Təxirə salınmanın nə qədər davam edəcəyi hələ bəlli deyil” deyə bildirib. 

Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovun sözlərinə görə, Abbasın səfəri "Fələstin tərəfinin tələbi ilə" təxirə salınıb, çünki o, "çətin vəziyyətə görə bölgəni tərk edə bilmir".