"Mən xoşbəxt insanam, demək olar ki, dünya ölkələrinin 90%-i üzərində uçmağı bacarmışam".
"Unikal" xəbər verir ki, bunu mülki aviasiyanın canlı əfsanəsi Əzimbala Asimov deyib.
50 ildən artıq fəaliyyət göstərdiyi müddətdə o, 28500 saat uçuş edib ki, bu da MDB məkanında rekord göstəricidir. Əzimbala Asimov "Moskva-Bakı" ya müsahibəsində bildirib ki, SSRİ-də çətin şəraitdə uçuş imtahanından keçərək ikinci kateqoriyanı alan ilk azərbaycanlı pilot olub: "1986-cı ilin fevralında Sov.İKP-nin növbəti qurultayı keçirildi və mənə nümayəndə heyətimizi Moskvaya çatdırmaq tapşırıldı. Və qar yağır, çətin hava şəraiti, zəif görmə var. Buna baxmayaraq, mən təyyarəni Moskva hava limanına endirə bildim. Bizim nümayəndə heyətimiz artıq qurultayın iclas zalında əyləşdiyi halda, bütün digər respublikalar gecikmişdi. Sov.İKP MK-nın Baş katibi bundan xəbər tutanda dedi: "Necə oldu ki, Azərbaycan nümayəndələrindən başqa hamı gecikdi? Mülki Aviasiya naziri, Azərbaycan təyyarəsinin ekipaj komandirini mükafatlandırın. O, digər komandirlərə nümunə olmalıdır". Beləliklə, mən daha bir mühüm dövlət - "Qırmızı Bayraq" ordeni aldım.
Amma 2014-cü il mayın 9-da təyyarədən düşdüm, onun qabaq təkərlərini qucaqladım, sağollaşıb getdim. Çox çətin idi, amma getməli oldum. ICAO qaydalarına görə, pilotlar 65 yaşına qədər uça bilərlər. Sevinirəm ki, oğlum Şəhriyar işimi davam etdirir.
2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev məni "Şöhrət" ordeni ilə təltif etdi. Mən fəxr edirəm ki, birinci ordenimi 1972-ci ildə Heydər Əliyevdən, sonuncunu isə İlham Əliyevdən almışam".
Ağarza Elçinoğlu