Noyabrın 15-də Sumqayıtın bir neçə məhəllə və mikrorayonunda təbii qazın verilişində fasilələr yaranacaq.

"Unikal" xəbər verir ki, bu barədə Sumqayıt Qaz İstismarı Sahəsi məlumat yayıb.

Bildirilir ki, Sumqayıt şəhəri 76-cı məhəllədə yerləşən yaşayış binalarının qaz kəmərinin mənbəyə qoşulması ilə bağlı olaraq, Sumqayıt şəhəri 3, 41, 41A, 47, 76-cı məhəllələri, 4, 8, 9, 10, 11, 12, 17, 18-ci mikrorayonlarda yaşayan abonentlərin qaz təchizatında məhdudiyyətlər yaranacaq.

Saat 12:00-dan etibarən işlər yekunlaşana qədər qazın verilişi dayandırılacaq.