"Bavariya"nın 37 yaşlı qapıçısı Manuel Noyer 23 yaşlı həndbolçu Anika Bissellə evlənib.
"Unikal" xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Qapıçı ilə həndbolçunun toyu dar çərçivədə baş tutub. Bissell sosial şəbəkə profilində soyadını dəyişib.
Noyer və Bissell sentyabrın sonunda nişanlanıblar.
Bisselin hamilə olduğu deyilir.
Qeyd edək ki bu, futbolçu üçün artıq ikinci evliliyidir. O, 2017-2020-ci illərdə Nina Veisslə evli olub.