İşdən çıxarılan aparıcı Zamirə Dadaşovanın “Space” televiziyasının rəhbəri Vado Karovinə qarşı iddia tələbi təmin edilib.
"Unikal" xəbər verir ki, bu barədə aparıcı sosial şəbəkədə yazıb.
"Bu gün Yasamal rayon məhkəməsində Vado Karovinə qarşı iddia tələbim təmin edildi. Məhkəmənin qərarı ilə "Space MMC"də işə bərpa olunmalı, işə bərpa olunan günə qədər bütün əmək haqqım ödəniməli və vəkilə ödədiyim rüsumu da cavabdeh ödəməlidir", - deyə aparıcı qeyd edib.
Xatırladaq ki, Z.Dadaşova “Space”in rəhbəri Vado Karovin tərəfindən haqsız yerə işdən uzaqlaşdırıldığını və əmək kitabçasının ona verilmədiyini bildirərək aidiyyəti qurumlara müraciət etmişdi. O, kanal rəhbərliyini öz qohumlarını ətrafına yığmaqda ittiham etmişdi.