Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində İsveçi qəbul edib.

"Unikal"ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Kapitan Emin Mahmudov 3-cü və 89-cu dəqiqələrdə qol vuraraq dubl edib. Renat Dadaşov isə 6-cı dəqiqədə rəqibin qapısına yol tapıb.

Oyun başa çatdıqdan sonra azarkeşlər stadionu tərk etməyərək millinin oyunçularını alqışlayıblar.