Argentina və Braziliya yığmaları DÇ-2026-nın seçmə mərhələsinin Cənubi Amerika zonasının V turunda məğlub olublar.

"Unikal" xəbər verir ki, son dünya çempionu öz meydanında Uruqvaya, “pentakampeonlar” isə səfərdə Kolumbiyaya uduzublar.

Bu nəticələrdən sonra argentinalılar 12 xalla liderliyi qorusalar da, ikinci pillədəki Uruqvay fərqi 2 xala endirib. Kolumbiya 9 xalla üçüncü yerə yüksəlib. Hesabında 7 xal olan Braziliya isə beşinci pilləyə düşüb.

DÇ-2026, seçmə mərhələ

Cənubi Amerika zonası

V tur

Boliviya – Peru 2:0

Venesuela – Ekvador 0:0

Argentina – Uruqvay 0:2

Kolumbiya – Braziliya 2:1

Çili – Paraqvay 0:0

Xal durumu: Argentina - 12, Uruqvay - 10, Kolumbiya - 9, Venesuela - 8, Braziliya - 7, Ekvador - 5, Paraqvay - 5, Çili - 5, Boliviya - 3, Peru - 1.