Türk Hava Yolları sabah İstanbulda gözlənilən əlverişsiz hava şəraiti səbəbindən İstanbul Hava Limanından ümumilikdə 40 müntəzəm reysi ləğv etdiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, THY Mətbuat Məsləhətçiliyindən verilən açıqlamada, İstanbulda gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar MADKOM-un (Meteoroloji Fövqəladə Hallar Komitəsi) qərarına əsasən daxili və beynəlxalq xətlərdə ümumilikdə 40 uçuşun qarşılıqlı olaraq ləğv edildiyi bildirilib.
Sabah uçuşu olan sərnişinlərdən uçuşlarını THY-nin internet saytından yoxlamaları istənilib.