Rusiyanın Murmansk vilayətinin Apatitı şəhər sakini 11 aylıq oğlunu döyərək öldürüb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Səhər saatlarında ağlamağa başlayan uşağın səsinə oyanan 20 yaşlı qadın əsəbiləşib. O, körpənin bezini dəyişmək lazım olduğunu biləndən sonra onu döyməyə başlayıb. 

Hadisə yerinə gələn təcili yardım briqadası ölüm faktını qeydə alıblar. Hazırda qadına qarşı cinayət işi başladılıb. 

Seymur Əli