Güclü külək əsəcək.

Bu barədə "Unikal"a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 23-də cənub-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, günün ikinci yarısından 24-dək isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 23-24-də qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 23-də ayrı-ayrı yerlərdə arabir 28-30 m/s-dək güclənəcəyi gözlənilir.

***12:22

Noyabrın 23-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 13-17° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şərq rayonlarında yağış yağacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-18° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 8-13° isti olacaq.