Qərb 2022-ci ilə qədər olan hər şeyi Ukrayna tarixindən siləcək.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yerli KİV-ə açıqlamasında bildirib.

Zaxarova vurğulayıb ki, bütün Qərb bu tarixi - Ukraynada çevrilişin başlanmasının 10-cu ildönümünü görməkdən imtina edir.

"Görün necə səssizdir. Yaxşı, bu şüurlu sükutdur. Onlar indi Ukrayna ətrafındakı vəziyyəti sırf 2022-ci ildən hesablayacaqlar. Ondan əvvəlki tarix onları maraqlandırmır", - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib. 

O, əlavə edib ki, Ukrayna tarixindən 2022-ci ilə qədər Qərbi yalnız SSRİ-də 1932-1933-cü illərin Qolodomoru və ya “tarixin yenidən yazılması ilə bağlı başqa şeylər” maraqlandıracaq. 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi həmçinin qeyd edib ki, Ukraynada baş verən hadisələri başa düşmək üçün onların keçmişini bilmək lazımdır.