Son bir ayda səkkiz milyon əhalisi olan İsraili ən azı 350 min insan tərk edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin büdcə kəsiri rekord həddə - 400 faizə çatıb. Milli valyuta şekel 15% ucuzlaşıb.

İsrailin beş ən böyük bankının səhmləri 20%-dən çox dəyər itirib. Bundan əlavə, 50 min xarici işçi İsraili tərk edib. Ümumilikdə turizm iflic vəziyyətinə düşüb.  

Səfərbərlikdən sonra müvafiq dairələrin bildirdiyinə görə, işçi qüvvəsi çatışmazlığı artıb.

Daha 1 milyon israilli hərbi əməliyyatlar təhlükəsi səbəbindən evlərini tərk edib və ya sığınacaqlarda qalmağa və iqtisadi fəaliyyətdən uzaq olmağa məcbur olub.