Ukraynada Fransanın "Bastion" zirehli texnikası real döyüş əməliyyatları şəraitində kifayət qədər aşağı effektivlik nümayiş etdirib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O, Ermənistanın Baş Qərargah rəisi Armen Qriqoryanın Fransanın tədarük etdiyi silahlardan tam razı olması barədə bəyanatını şərh edərkən bildirib: "Əgər bu, sadəcə meydanlarda nümayiş etdirmək üçündürsə, bəlkə də bir məqam var, amma səmərəlilikdən danışsaq, ordumuz gəlib bu barədə deyə bilər.
Sadəcə, Fransa Ermənistana yaraşmayan texnika satdı, Paris bunu başqa istiqamətlərdə həyata keçirə bilmədi".
Ağarza Elçinoğlu