Türkiyənin paytaxtı Ankarada binaların birində qonşular arasında mübahisə silahlı insidentə çevrilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ikisi uşaq olmaqla beş nəfər açılan atəş nəticəsində həlak olub.
"Eyni ailənin 4 üzvü hadisə yerində, biri xəstəxanada ölüb", - məlumatda deyilir.
"Binada səs-küy yaratdıqları" səbəbilə qonşularını güllələyən şəxs həbs olunub.
Ağarza Elçinoğlu