ABŞ-nin keçmiş prezidenti Barak Obamanın dövründə hökumətin müşaviri olmuş Stüart Seldovitz saxlanılıb.
"Unikal" xəbər verir ki, onun saxlanılmasına səbəb Nyu-Yorkda misirli bir küçə satıcısını İslam əleyhinə bəyanatlarla təqib etməsi olub.
"Barak Obamanın dövründə ABŞ Dövlət Departamentinin Milli Təhlükəsizlik Şurasının Cənubi Asiya İdarəsində məsləhətçi işləyən Stüart Seldovitzin Nyu-Yorkda 24 yaşlı misirli küçə satıcısına sataşıb. Satıcı Mohamed Hussein dəfələrlə anti-islam ifadələri ilə onu təqib edən 64 yaşlı Seldovitz haqqında polisə şikayət edib. Seldovitz "nifrət cinayəti, qorxutmaq məqsədi ilə təqib və iş yerində təqib" ittihamı ilə polis tərəfindən saxlanılıb", - deyə məlumatda bildirilib.
Ağarza Elçinoğlu