Kiyev Donbass və Krımı verməklə müharibəni dayandıra bilər.

"Unikal" xəbər verir ki, bunu "Fox News" telekanalına müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski deyib. 

O, qeyd edib ki, Ukrayna belə bir sülh planına hazır deyil.

Ukrayna lideri həmçinin jurnalistin Trampın Rusiya və Ukrayna arasında 24 saat ərzində sülh razılaşmasına nail olacağına söz verdiyi ilə bağlı fikrinə cavab verib. Zelenski cavab verib ki, ABŞ-nin keçmiş prezidenti ilə görüşməyə və onun sülh planını dinləməyə hazırdır. 

Ağarza Elçinoğlu