Rusiya Dövlət Dumasının deputatı, "Ədalətli Rusiya" partiyasının lideri Sergey Mironov həyat yoldaşı ilə birlikdə Xerson vilayətindən olan bir yaşlı qızı övladlığa götürüb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazır.
Rusiya Federasiyasının prezidentliyinə keçmiş namizəd 2022-ci ilin avqustunda 10 aylıq ukraynalı Marqarita Prokopenko rəsmi olaraq övladlığa götürüblər. Bundan sonra onun şəxsi məlumatları dəyişdirilib. indi qızın adı Marina Sergeevna Mironovadır. Doğulduğu yer də dəyişdirilərək Moskva yaxınlığındakı Podolsk olub.
Ağarza Elçinoğlu