Moskva Ermənistanın baş naziri Nikol Paşinyanın dekabrda Sankt-Peterburqda keçiriləcək MDB liderlərinin qeyri-rəsmi görüşündə və Aİİ sammitində iştirak edəcəyini gözləyir.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlayıb.
O, qeyd edib ki, xüsusən də Aİİ-yə sədrlik növbəti ildən Ermənistana keçəcək: "Düşünürəm ki, Ermənistanın nümayəndələri Sankt-Peterburqa gələcəklər. Orada MDB ölkələri başçılarının qeyri-rəsmi görüşü və Aİİ-nin rəsmi iclası keçiriləcək. Yeri gəlmişkən, həmin sessiyada prezidentlik bizdən sonra Ermənistana keçəcək, ona görə də hesab edirəm ki, Paşinyan Vladimir Putindən estafeti qəbul etməyə gəlməlidir".
Ağarza Elçinoğlu