Rusiya KTMT sammitində erməni nümayəndələrinin iştirak etməməsinə təəssüflənir.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Diplomat deyib: "Ümid edirik ki, İrəvan öz xarici siyasətinin vektorunu dəyişməyəcək və Moskvanın müttəfiqi olaraq qalacaq. Biz bununla bağlı təəssüfümüzü bildiririk, lakin KTMT öz işini davam etdirir".
Peskov qeyd edib ki, sammitin gündəliyində erməni amili və bu məsələ ilə bağlı fikir mübadiləsi aparılıb: "Əlbəttə, KTMT Ermənistanın iştirakını davam etdirməkdə maraqlıdır. Ümid edirik ki, Ermənistan öz xarici siyasətinin vektorunu dəyişməyəcək. O, həm ikitərəfli, həm də çoxtərəfli formatda qarşılıqlı fəaliyyət baxımından bizim müttəfiqimiz, strateji tərəfdaşımız olaraq qalır. Biz onlarla danışıqlarımızı davam etdirəcəyik".
Ağarza Elçinoğlu