Terrorçuluqla mübarizə üçün "Muzdlu əsgər" əməliyyatı həyata keçirilib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, KTMT-yə üzv ölkələr arasında kəşfiyyat xidmətləri və hüquq-mühafizə orqanları vasitəsilə əməkdaşlıq ardıcıl olaraq gücləndirilib. Xüsusilə, siyasətçi qeyd edib ki, "Muzdlu" əməliyyatı davam etdirilib, bu əməliyyatın məqsədi beynəlxalq terrorçu qrupların fəaliyyətində iştirak etmək üçün insanların cəlb edilməsinin qarşısını almaq və səyahət kanallarını bağlamaqdır.
Ağarza Elçinoğlu