2023-cü il dekabrın 1-dən 2024-cü il mayın 31-dək Rusiyada bərk buğdanın ixracına qadağa qoyulub.
"Unikal" xəbər verir ki, Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi müvafiq təşəbbüslə çıxış edib.
Bu qərarın ərzaq təhlükəsizliyini qorumaq məqsədilə qəbul edildiyi qeyd edilir.
Bundan əlavə, əsas taxıl bitkilərinin ixracı üçün gömrük kvotaları müəyyən edilib.
Güzəşt buğda, arpa, çovdar və qarğıdalı ixracına şamil ediləcək. Kvota Avrasiya İqtisadi Birliyinə üzv olmayan ölkələrə yönəlib. Qadağa fevralın 15-dən qüvvəyə minəcək.