"2024-cü il Ukraynanın öz səmasından Rusiyanı qovduğu il olmalıdır".
"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "X" hesabında yazıb.
O qeyd edib ki, 2022-ci ildən Ukrayna Rusiyanın işğal etdiyi torpaqların yarıdan çoxunu azad edib:
"2023-cü ildə Ukrayna Rusiya donanmasını Qara dənizin əksər hissəsindən çıxarıb. 2024-cü il Ukraynanın öz səmasından Rusiyanı qovduğu il olmalıdır".