İsrail ilə Fələstin arasında atəşkəsin sabah saat 8-də başlayacağı bildirilib.
"Unikal" xəbər verir ki, bu barədə Qətərdən açıqlama verilib. Ölkənin Xarici İşlər Nazirliyi İsrail və Fələstin arasında atəşkəsin sabah saat 8-də başlayacağını açıqlayıb.
Bəyanatla çıxış edən Xarici İşlər Nazirliyinin sözçüsü atəşkəs başlayan kimi Qəzzaya humanitar yardımların axmağa başlayacağını bildirib.
Qəzzadan çıxarılacaq mülki vətəndaşların siyahısına çatdıqlarını deyən sözçü, ediləcək yardımın Qəzzada ehtiyac duyulan yardımın "çox kiçik bir hissəsini" təşkil edəcəyini bildirib.
Sözçü atəşkəs çərçivəsində əldə edilən razılaşma ilə Qəzzada girovların azad edilməsi nəticəsində İsrail həbsxanalarında olan fələstinlilərin azad edilməsini gözlədiklərini bildirib.
Müqavilənin Qəzzanın həm cənubunda, həm də şimalında hərtərəfli atəşkəsi ehtiva etdiyini açıqlayan sözçü, "Bu razılaşmanın qalıcı atəşkəsə səbəb olmasını hədəfləyirik" deyib.
Mətbuat katibi onu da əlavə edib ki, əsirlərin birinci qrupu saat 17:00-da buraxılacaq.