Qəzzadan yaralı və xəstələrin müalicə üçün Türkiyəyə gətirilməsi davam edir.
"Unikal" xəbər verir ki, bu gün həyata keçirilən növbəti təxliyə ilə üç yaralı uşaq Türkiyəyə gətirilib. Onları gətirən Türkiyə Səhiyyə Nazirliyinə məxsus təyyarə Ankaranın Esenboğa hava limanına enib. Səhiyyə naziri Fahrettin Kocanın qarşıladığı uşaqlar ambulanslarla xəstəxanaya göndərilib.
Aeroportda medianın suallarını cavablandıran nazir Qəzzadan növbəti təxliyədə xüsusilə uşaq və gənclərə üstünlük verilməsi barədə danışıqların aparıldığını deyib.