Moskvanın üç hava limanında: "Vnukovo", "Domodedovo" və "Şeremetyevo"da qar yağması səbəbindən ən azı 24 reys gecikib, daha on aviareys təxirə salınıb.
"Unikal"
xəbər verir ki, “Vnukovo”da yeddi reys gecikib, beşi ləğv edilib, “Domodedovo”da altı reys gecikib, üçü ləğv edilib, “Şeremetyevo”da 11 reys gecikib, iki reys təxirə salınıb.

Daha əvvəl Telegram kanalında şəhərin bələdiyyə təsərrüfat xidməti moskvalılardan güclü qar və külək səbəbindən cümə axşamı axşamdan cümə səhərinə kimi ayıq-sayıq olmağı xahiş etmişdi.