Argentinanın yeni seçilmiş prezidenti Xavyer Miley Ukrayna prezidenti Volodimir Zelenskiyə Argentinada Latın Amerikası ölkələri ilə Ukrayna sülh sammiti keçirməyi təklif edib.
“Unikal”
xəbər verir ki, bu barədə Almaniyanın beynəlxalq yayım şirkəti Deutsche Welle məlumat yayıb.

"Prezident Miley prezident Volodimir Zelenski ilə telefon danışığı aparıb və Argentinaya Latın Amerikası ilə Ukrayna arasında konfrans keçirməyi təklif edib", - Mileinin xarici siyasət üzrə müşaviri Diana Mondino deyib.

Mondinonun sözlərinə görə, Argentina “uyğun olarsa, tədbirin qərargahına çevrilməyi” təklif edir.

Zelenski Mileyə Rusiyanın hərbi işğalı kontekstində “aydın dəstəyə” görə təşəkkür edib.

"Xeyir və şər arasında tarazlıq yoxdur. Sadəcə, Ukraynaya açıq dəstəkdir. Bu, ukraynalılar tərəfindən yaxşı hiss olunur və yüksək qiymətləndirilib", - Zelenski bildirib.

Noyabrın 22-də Zelenski Miler ilə telefon danışığı zamanı Ukraynada Rusiyanın hərbi cinayətlərinin araşdırılmasında iki dövlət arasında mümkün əməkdaşlığı müzakirə edib.

Bundan əvvəl Zelenski Mileyi Argentinanın prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.