Beş minə yaxın hərbçi şəhərin ortasındakı çadırlarda yerləşdiriləcək.
"Unikal"
xəbər verir ki, Fransa hakimiyyəti 2024-cü il Yay Olimpiya Oyunlarında təhlükəsizliyi təmin etmək üçün 15 min əsgərdən istifadə edəcək. 

Qeyd olunur ki, 5 minə yaxın hərbçi şəhərin ortasında, Parisin 12-ci dairəsində çadırlarda yerləşdiriləcək.
Daha əvvəl nəqliyyat naziri Klement Beaune demişdi ki, oyunlar zamanı Paris regionunda hərəkət son dərəcə çətin olacaq.
Parisdə Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 16-dək keçiriləcək.