YAP-dan yeni bəyanat gəldi
20:41 18-04-2013
İQTİSADİYYAT
YAP-dan yeni bəyanat gəldi
Prezidentliyə namizəd İlham Əliyev olacaq
Bu günlərdə hakimiyyətə yaxınlığı ilə seçilən sosial şəbəkələrin birində prezidentliyə namizədlərlə bağlı sorğu keçirilmişdi və məqsədli şəkildə İlham Əliyev siyahıda üçüncü yerdə göstərilmişdi.
Bundan sonra bir sıra ekspertlər açıqlama verərək bəyan etdilər ki, bu seçkilərdə hakimiyyətin namizədi başqa şəxs olacaq. Hətta bunu da bildirdilər ki, bu günə qədər namizədin elan olunmaması da bununla bağlıdır. Amma qeyd edək ki, prezident seçkilərinə hələ altı ay var və seçkilərə rəsmi start avqust ayının 17-də olacaq və buna görə hesab etmək olar ki, namizədliyin verilməməsi bir siyasi gedişdir və rəsmi təbliğat günündən bir neçə gün öncə namizədlik veriləcək. Ekspertlər bunu da qeyd edir ki, Yeni Azərbaycan Partiyasının bir aya qədər qurultayının olması gözlənilir və hesab etmək olar ki, elə qurultayda bu problem aradan qaldırılacaq. Amma qurultaya qədər YAP-dan artıq rəsmi mövqe səsləndirildi. Belə ki, Yeni Azərbaycan Partiyasının sədr müavini, deputat Əli Əhmədov deyib ki, YAP-ın prezident seçkilərində namizədi birmənalı olaraq prezident İlham Əliyevdir. O partiyanın bütün təşkilatlarının seçkilərlə bağlı hazırlığa başladığını bildirib və əmin olduğunu bildirib ki, qarşıdan gələn prezident seçkilərində qalib İlham Əliyev olacaq: "Onun qələbəsini Azərbaycan xalqı təmin edəcək və partiya olaraq bizim vəzifəmiz də seçki kampaniyasını yüksək səviyyədə keçirmək, öz töhfəmizi verməkdir. Bu gün Azərbaycan xalqı İlham Əliyevi dəstəkləyir və onu növbəti dəfə prezident kimi görmək istəyir. İnsanların sosial rifahının artması, iqtisadiyyatın həcminin bir neçə dəfə artması məhz İlham Əliyevin fəaliyyətinin nəticəsidir. Bütün bunlar da bu və ya digər formada xalqın həyat rifahının yaxşılaşmasına təsir edib və xalq növbəti beş ildə də İlham Əliyevi prezident görmək istəyir".
Ə. Əhmədov bildirib ki, YAP seçkilərə geniş və sanballı tərkiblə gedir: "YAP təkcə üzvlərinin sayı ilə deyil, üzvləri arasında ziyalıların, böyük nüfuza malik olan şəxslərin olması ilə də seçilir". YAP-ın sədr müavini qarşıdan gələn seçkilərdə Yasamal rayonundakı partiya fəallarına seyriçi mövqedə dayanmağı yox, fəal təbliğatçıya çevrilməyi tapşırıb.Ekspertlər bunu da qeyd edirlər ki, hakimiyyət hazırda müxalifətin atdığı addımları ciddi şəkildə izləyir və buna uyğun olaraq da əks-təbliğat kompaniyasına start veriləcək. Belə ki, qeyd olunmuşdu ki, müxalifət seçkilərə vahid namizədlə gedəcək. Amma hazırda görünən budur ki, bu taktika özünü doğrultmadı və ölkədə yeni siyasi proseslər baş verəcək. Bunu da xatırladaq ki, ötən prezident seçkilərində də hakimiyyət eyni mövqedən çıxış etmişdi.
Bu arada gündəmə başqa bir məlumatda buraxıldı. Qeyd edilir ki, prezidentlik müddətinin beş ildən yeddi ilə keçməsi ilə bağlı hakim düşərgədə artıq hazırlıqlar görülür. Müşahidəçilər bildirir ki, belə bir addımın atılması Milli Məclis səviyyəsində ola bilməz və bunun üçün mütləq referendimum keçirilməli və konstitusiyada dəyişiklik edilməlidir. Bunun üçün isə xüsusi hazırlıq lazımdır və bu vaxt aparan məsələdir. Buna görə də yayılan xəbərin həqiqilik şübhəsi aşağıdır. Prezident Admnistrasiyasının şöbə müdiri Əli Həsənovda hesab edir ki, bu xəbər yalandır və bunun həyata keçirilməsinə zərurət yoxdur.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00