İranın Lorestan əyalətinin Zaqros dağlarında Oştoran Kux dağının ətəyində qar uçqunu baş verib.

"Unikal" xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb. Qeyd olunub ki, nəticədə bir qrup alpinist uçqun altında qalıb.

Lorestan Tibb Elmləri Universitetinin yerli tibb rəsmisinin sözlərinə görə, 9 alpinist itkin düşüb, onlardan beşinin cəsədi sonradan tapılıb.

Dörd nəfəri xilas etmək mümkün olub. Onlar xəstəxanaya yerləşdirilib.