"Qanuni oğru" Vitali Tbilisski və onu İrəvanda müşayiət edən şəxslər  digər "qanuni oğru" Arsen Yerevanski və “Mercedes” markalı avtomobilin sürücüsü ilə dava ediblər. 

"Unikal" xəbər verir ki,  bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Bildirilir ki, dava zamanı tərəflər ictimai asayişi pozub, bir-birini təhqir ediblər. 

Faktla bağlı “Xuliqanlıq” maddəsi ilə cinayət işi başlanıb. Bundan sonra "qanuni oğru" Vitali Tbilisski və onu müşayiət edən üç nəfər saxlanılıb.

Baxış zamanı avtomobildən içərisində kristala bənzər kütlə olan çanta, 2 ədəd psixotrop həb, 2 ədəd tapança aşkar edilərək götürülüb.